Ceyhun Bayramov Aleksandr Zuyev ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi üzrə Baş katibin müavini vəzifəsini icra edən Aleksandr Zuyev ilə görüşüb.
hadiseler.info xəbər verir ki, görüş zamanı Azərbaycan ilə BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi (UNOCT) arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər oktyabrın 27–29-da Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qlobal çağırışların müzakirəsi və sülhün möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, Bakı Təhlükəsizlik Forumunun terrorçuluqla mübarizə sahəsində təcrübə və məlumat mübadiləsinin genişləndirilməsindəki rolu diqqətə çatdırılıb. Görüşdə BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin ölkəmizdə təmsilçiliyinin genişləndirilməsi planları ətrafında da fikir mübadiləsi aparılıb.
No Comment! Be the first one.