Tramp “süni intellekt” terminini qadağan etmək istəyir
ABŞ-də müvafiq sənədlərdə və digər materiallarda “süni intellekt” terminindən istifadənin rəsmi şəkildə qadağan edilməsi planlaşdırılır. Buna səbəb isə həmin terminin qeyri-dəqiq hesab edilməsidir.
hadiseler.info Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində məlumat paylaşıb.
O qeyd edib ki, “AI” ifadəsinin əvəzinə “superintellekt” terminindən istifadə olunmalıdır, çünki bu adı artıq demək olar ki, hamı işlədir və ya tezliklə istifadə etməyə başlayacaq. Tramp açıqlamasında vurğulayıb: “Tezliklə biz qeyri-dəqiq olduğuna görə bütün müvafiq sənədlərdə və digər materiallarda AI – Artificial Intelligence termininin istifadəsini rəsmən qadağan edəcəyik”.
No Comment! Be the first one.