TƏBİB-in yeni rəhbəri kimdir?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun vəzifələrinin icrası müavin Bahadur Rzayevə həvalə edilib.
hadiseler.info xəbər verir ki, “Yüksəliş” müsabiqəsinin finalçısı olan Bahadur Məhərrəm oğlu Rzayev 2022-2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində İngiltərənin Birmingem Universitetində “Səhiyyə siyasəti və idarəolunması” ixtisası üzrə təhsil alıb və proqramı birinciliklə başa vurub. O, daha əvvəl TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsində çalışıb.
Bahadur Rzayevin tərcümeyi-halı və dosyesi:
Təhsili: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə bakalavr, İstanbul Universitetində isə təşkilatların idarə olunması üzrə magistr dərəcəsi alıb. 2018–2019-cu illərdə Almaniyanın “RWTH Aachen” Universitetində liderlik və təşkilati səmərəliliyin artırılması mövzusunda elmi araşdırmalar aparıb. Həmçinin Dövlət Proqramı əsasında Birmingem Universitetində “Səhiyyə siyasəti və idarəolunması” ixtisasına yiyələnib.
Əmək fəaliyyəti: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament rəhbəri və İdarə Heyəti sədrinin müşaviri vəzifələrində çalışıb. Reabilitasiya xidmətlərinin təşkili və keyfiyyətə nəzarət istiqamətlərində fəaliyyət göstərib.
İxtisaslaşması: Səhiyyə menecmenti, tibbi xidmətlərin təşkili, rəqəmsal həllərin tətbiqi, keyfiyyətin idarə olunması və strateji planlaşdırma sahələrində mütəxəssisdir.
No Comment! Be the first one.