Niderland “Avroviziya”da iştirak etməyəcək
Niderland 2027-ci ildə keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində iştirak etməyəcək.
hadiseler.info xəbər verir ki, ölkənin ictimai yayımçılarının təşkilatı olan NPO İsrailin yarışmada iştirakı ətrafında yaranan narahatlıqları əsas gətirərək müsabiqəyə qayıtmaqla bağlı əvvəlki qərarını ləğv edib.
Məlumata görə, Niderlandın ictimai yayımçısı AVROTROS avqust ayında İsrailin iştirakı səbəbindən yarışmadan çəkildiyini açıqlamışdı. Ölkənin müsabiqəyə qayıtmaq qərarı isə tənqidlərə səbəb olmuş, təxminən 400 NPO əməkdaşı qərarın yenidən nəzərdən keçirilməsini tələb etmişdi. NPO-nun direktoru Jet de Ranitz bildirib ki, Niderlandı təmsil edəcək sənətçinin iştirakını təmin etmək istəyən yayımçı tapılmayıb, lakin qurum müsabiqəni yayımlamağa davam edəcək.
Qeyd edək ki, Niderlandla yanaşı, İrlandiya da “Avroviziya-2027”də iştirak etməyəcəyini açıqlayıb, Çexiya isə büdcə məhdudiyyətlərinə görə yarışmadan çəkilib. Gələnilki müsabiqənin mayın 15-də Bolqarıstanın Burqas şəhərində keçirilməsi planlaşdırılır.
No Comment! Be the first one.