“AzParking” mobil tətbiqi yeni funksiyalarla yeniləndi
AzParking” mobil tətbiqi bir sıra yeni funksiyalarla təkmilləşdirilərək istifadəçilərin ixtiyarına verilib.
Hadiseler.info xəbər verir ki, yenilənmə istifadəçi təcrübəsini yaxşılaşdırmağı, sessiya idarəetməsini sadələşdirməyi və məlumatlandırma prosesini daha şəffaf etməyi hədəfləyir.
Bildirilib ki, əlavə olunan və təkmilləşdirilən bütün funksiyalar istifadəçi rəyləri əsasında hazırlanıb.
Əlavə edilən yeni funksiyalar:
CarPlay dəstəyi: Parklanma funksiyalarından birbaşa avtomobilin CarPlay ekranı üzərindən istifadə etmək mümkündür.
Canlı fəaliyyətlər: Aktiv parklanma sessiyasını telefonun kilid ekranından, tətbiqi açmadan izləmək olur.
Xəritə görünüşü seçimi: Məntəqəni tapmaq üçün standart və ya peyk xəritə görünüşündən istifadə etmək mümkündür.
İnternet bağlantısı xəbərdarlığı: Bağlantı kəsildikdə istifadəçi dərhal məlumatlandırılır.
Xidməti parklanma xəbərdarlığı: Yaxınlıqda xidməti avtomobilin park edildiyi barədə bildiriş göndərilir.
Məntəqənin düzgünlüyünün təsdiqi: Fərqli qiymət indeksli məntəqələrin yaxın yerləşdiyi kəsişmələrdə səhv seçim riskini azaltmaq üçün sessiyadan əvvəl seçilmiş məntəqə təsdiqlənir.
Təkmilləşdirilən funksiyalar:
Sadələşdirilmiş qeydiyyat, daha rahat ana səhifə istifadəsi, mygov bağlantısı, seçilmiş məntəqələr, fərdi parklanma talonu müraciəti, fərdi parklanma talonu məntəqələri, müraciətin ləğvi, GPS icazəsi olmadan sessiya başlatmaq, digər məntəqələrin qruplaşdırılması, tarixçədən yenidən parklanma, bildiriş icazəsinin izlənməsi, borc bildirişi, borc məlumatına rahat giriş, sessiyalara rahat keçid, bütün sessiyaların bir arada görünməsi, avtomobil məlumatları, profil və ödənişlər bölmələri yenilənib.
Artıq həm Android, həm də iOS istifadəçiləri “AzParking” mobil tətbiqini yeniləyərək yeni funksionallıqlardan yararlana bilərlər.
No Comment! Be the first one.