Qaxda silsilə oğurluqlar edən şəxs saxlanıldı
Qax rayonunda evlərin birindən məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Hadiseler.info xəbər verir ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən S.Məmmədli müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə fərdi yaşayış evindən də oğurluq etdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, S.Məmmədli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
No Comment! Be the first one.