Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Ərdoğan Azərbaycana səfərə gəlib
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Ərdoğan Azərbaycana səfərə gəlib
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Elm və Təhsil

ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı” təşkil edilib

Oktyabr 30, 2026
33 Views

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində ənənəvi Payız festivalı – “Məhsul bayramı” təşkil olunub.

hadiseler.info xəbər verir ki, festivalda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, eləcə də dövlət və hökumət rəsmiləri, tərəfdaş şirkətlərin nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

ADA Məhsul bayramı çərçivəsində Heykəltaraşlıq Simpoziumunun yekunu olaraq, ADA Məktəbində üç yeni heykəltaraşlıq əsərinin açılışı keçirilib. Əsərlərin müəllifləri Azərbaycan heykəltaraşları Kamran Əsədov, Müşfiq Heydərov və İmran Mehdiyevdir. Layihənin əsas məqsədi məktəbliləri yaradıcılıq prosesinə cəlb etmək, onların ideya və təxəyyüllərini heykəllərin ilkin eskizlərinin hazırlanmasında əks etdirmək olub.

Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçilik ənənələrini yaşatmaq və gənc nəsli erkən yaşlardan cəmiyyət üçün faydalı şəxsiyyətlər kimi yetişdirməkdir.

Tədbir bədii proqramla davam edib.

ADA Məktəbinin, Q.Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin, F.Əmirov adına 6 nömrəli 11 illik Uşaq İncəsənət Məktəbinin, həmçinin 24 və 33 nömrəli 11 illik musiqi məktəblərinin şagirdlərinin hazırladıqları musiqi, rəqs və yaradıcı çıxışlar festivala xüsusi bayram əhvali-ruhiyyəsi qatıb.

Tədbir çərçivəsində ADA Məktəbinin şagirdlərinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin əl işlərindən, eləcə də tərəfdaş şirkətlərin məhsullarından ibarət xeyriyyə sərgisi-satışı təşkil olunub. Sərgi-satışdan əldə edilən vəsait təhsilyönümlü sosial layihələrin həyata keçirilməsinə yönəldiləcək.

Qeyd edək ki, ötən il keçirilən “Məhsul bayramı”nda toplanmış 27 min 309 manat vəsait hesabına beş sosial layihə – “Zəfər Teatrı”, “Hekayələr”, “Qızlar evi”, “Qonşuluq (Şəhərsalma)” və “Qala Cəmiyyəti” uğurla reallaşdırılıb. Əməkdaşlıq, yaradıcılıq, empatiya, psixoloji rifah və peşəyönümlü bacarıqların inkişafını əhatə edən bu layihələrdən ümumilikdə 600 nəfər faydalanıb. Festivalın əsas və daimi tərəfdaşı olan “Veysəloğlu” Şirkətlər Qrupu və ona daxil olan bizneslər – “Veysəloğlu Distribusiya”, “Ulduz”, “Araz” və “OBA” marketlər şəbəkələri, “Xonça”, “Veysəloğlu-Rossmann”, “Decoliv”, “O to Go” və “Entree” tədbirə yaxından dəstək göstəriblər.

Bayramda ölkəmizin müxtəlif bölgələrində yetişdirilən meyvə-tərəvəz, çörək və şirniyyat məhsulları, digər yerli istehsal nümunələri, eləcə də qeyri-qida malları satışa çıxarılıb.

Tədbirin təşkilati dəstəkçiləri sırasındakı “Azərpambıq”, “Təmiz Şəhər”, “AZ Projects GROUP” və “Liv Bona Dea Hospital” yer alıb.

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışında iştirak ediblər

Next

Polşada konstitusiya Məhkəməsinin rəhbərliyi uzaqlaşdırıldı

Next
Oktyabr 31, 2026

Polşada konstitusiya Məhkəməsinin rəhbərliyi uzaqlaşdırıldı

Previous
Oktyabr 30, 2026

Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanda hotel açılışında iştirak ediblər

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Elm və Təhsil
NDU ilə ADNSU arasında əməkdaşlıq memorandumu imzalanıb 
Ayla
Oktyabr 31, 2026
Elm və Təhsil
ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı” təşkil edilib
Ayla
Oktyabr 30, 2026
Elm və Təhsil
Qarabağ Universitetində mədəniyyətlərarası dialoq mövzusunda müzakirə keçirilib
Ayla
Oktyabr 30, 2026
Elm və Təhsil
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
Ayla
Oktyabr 28, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Noyabr 8, 2026
Ərdoğan Azərbaycana səfərə gəlib
Noyabr 8, 2026
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Noyabr 8, 2026

Top kateqoriyalar

Dünya 1184
Siyasət 645
Hadisə 618
Cəmiyyət 353

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya