ABŞ-də ticarət mərkəzində atışma nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb
Kaliforniya ştatının Ferfild şəhərində (ABŞ) “Solano Town Center” ticarət mərkəzindəki “Spirit Halloween” mağazasında atışma nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
hadiseler.info xəbər verir ki, Ferfild polisinə istinadən alınan məlumata görə, yaralılar yerli xəstəxanalara çatdırılıb, onlardan 3-ü kritik vəziyyətdədir.
Xəsarət alanların şəxsiyyəti hələlik müəyyən edilməyib. Polis hadisəni araşdırmaqlı davam edir.
No Comment! Be the first one.