Bakıda keçmiş ət kombinatının ərazisində yanğın baş verdi- VİDEO
Paytaxtın Nizami rayonunda fəaliyyət göstərməyən ət kombinatının ərazisində yanğın qeydə alınıb.
hadiseler.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Nizami rayonu, Davud Aslan küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin həyata keçirdikləri zəruri və təxirəsalınmaz tədbirlər sayəsində fəaliyyət göstərməyən ət kombinatının ərazisində plastik və taxta materiallar yığılmış sahədə baş vermiş alovun genişlənərək daha böyük əraziyə yayılmasına imkan verilməyib və qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində 1800 kvadratmetr sahəyə yığılmış materialların 500 kvadratmetrlik hissəsi yanıb, qalan hissəsi isə yanğından mühafizə olunub. Xəsarət alan yoxdur.
No Comment! Be the first one.