Parisdə etiraz aksiyaları zamanı polis əməkdaşı yaralandı
Fransanın paytaxtı Parisdə keçirilən etiraz aksiyaları zamanı gərgin anlar yaşanıb və nümayişçilər hüquq-mühafizə orqanlarının əməkdaşlarına yandırıcı qarışıqlı butulkalar atıblar.
hadiseler.info xəbər verir ki, bu barədə Fransa Milli Jandarm İdarəsi “X” sosial şəbəkəsində məlumat yayıb. Qurumun açıqlamasında hüquq-mühafizə orqanlarına qarşı zorakılığın qəbuledilməz olduğu vurğulanıb.
Yayımlanan görüntülərdə əhalinin alıcılıq qabiliyyətinin azalmasına etiraz edən nümayişçilərin polis səddinə yandırıcı butulkalar atdığı əks olunub. Hadisə nəticəsində polis əməkdaşlarından birinin geyimi alovlanıb.
No Comment! Be the first one.