Tramp üçüncü dəfə prezidentliyə namizəd olmayacağını açıqladı
ABŞ Prezidenti Donald Tramp qanunvericiliyin ona yenidən dövlət başçısı postuna namizəd olmağa imkan vermədiyini bildirib.
hadiseler.info xəbər verir ki, o, bu barədə “The New York Post” nəşrinə müsahibəsində danışıb.
D.Tramp müsahibəsində qanunvericiliyin tələblərinə toxunaraq, “İmkanım olsaydı, məmnuniyyətlə namizədliyimi irəli sürərdim. Amma qanunun müddəaları çox aydındır”, – deyə qeyd edib.
Xatırladaq ki, ABŞ Konstitusiyasına 22-ci düzəliş bir şəxsin prezident seçilməsini maksimum iki müddətlə məhdudlaşdırır. Buna baxmayaraq, Tramp daha əvvəl oktyabr ayında 2020-ci il seçkilərinin saxtalaşdırıldığını iddia edərək üçüncü müddətə namizəd olmaq hüququnun olduğunu bildirmiş, avqustda isə “Truth Social” hesabında “Tramp 2028” şüarı ilə paylaşım etmişdi. Qeyd edək ki, ABŞ-ın hazırkı vitse-prezidenti Cey Di Vens də 2028-ci il prezident seçkiləri ilə bağlı planlarını açıqlamışdı.
No Comment! Be the first one.