Qızıl bahalaşdı – Yeni qiymət açıqlandı
Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin dəyərində artım qeydə alınıb.
hadiseler.info xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti 0,41% artaraq 3 915 ABŞ dollarına bərabər olub.
Bununla yanaşı, “COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də bahalaşaraq 1,9% artımla 50,21 dollar təşkil edib.
No Comment! Be the first one.