Yeni Dehlidə hava çirkliliyi təhlükəli həddə çatıb
Hindistanın paytaxtı Yeni Dehlidə hava keyfiyyəti indeksi təhlükəli səviyyəyə yüksəlib.
hadiseler.info xəbər verir ki, bu barədə Hava Keyfiyyətinin İdarə Edilməsi Komissiyası məlumat yayıb. Qeyd olunub ki, şəhərin bir neçə ərazisində hava keyfiyyəti indeksi (AQI) 400-ü keçib.
Yaranmış vəziyyətlə əlaqədar olaraq Hava Keyfiyyətinin İdarə Edilməsi Komissiyası Milli Paytaxt Bölgəsində cavab proqramının ikinci mərhələsini işə salıb. Tədbirlər planına nəqliyyat vasitələrinin girişinə məhdudiyyətlərin tətbiqi, mexanikləşdirilmiş yol təmizliyinin artırılması və ən işlək qovşaqlarda toz basdırıcı maddələrin çilənməsi daxildir.
Mütəxəssislər hər payız Dehlidə temperaturun düşməsi, tüstü, toz, zəif külək və nəqliyyat vasitələrinin işlənmiş qazları səbəbindən hava keyfiyyətinin kəskin pisləşdiyini vurğulayırlar.
No Comment! Be the first one.