Canlı yayımda söyüş söyən “Raufizm” ləqəbli tiktoker yenidən həbs edildi
Sosial şəbəkələrdə yaydığı görüntülərlə diqqət çəkən “TikTok” bloqeri məsuliyyətə cəlb olunub.
hadiseler.info xəbər verir ki, “TikTok” platformasında canlı yayım açaraq nalayiq ifadələr işlədən, ictimai mənəviyyat və əxlaq normalarına zidd hərəkətlərə yol verən “Raufizm” ləqəbli Rauf Ağaquliyev Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Ağaquliyev 1 ay müddətinə inzibati qaydada həbs edilib. Qeyd edək ki, o, daha əvvəl də eyni əməllərə görə inzibati qaydada həbs olunmuşdu.
No Comment! Be the first one.