“Titanik”dən böyük tarixi gəmi okeanda batırılacaq
ABŞ-nin məşhur “SS United States” okean layneri dünyanın ən böyük süni rifini yaratmaq məqsədilə Florida sahillərində, Meksika körfəzində batırılacaq.
hadiseler.info xəbər verir ki, təxminən otuz ilə yaxındır Filadelfiyada sahilə lövbər salmış tarixi gəmi yüksək bərpa xərcləri səbəbindən məhz bu üsulla dəyərləndirilməsi qərara alınıb.
Uzunluğu 305 metr olan bu əzəmətli gəmi əfsanəvi “Titanik”dən təxminən 30 metr uzundur. Xatırladaq ki, 1952-ci ildə ilk səyahətində Atlantik okeanını cəmi 3 gün 10 saat 40 dəqiqəyə keçərək rekorda imza atan laynerin saatda 66 kilometrlik orta sürət göstəricisi bu günə qədər yenilənməyib.
Dəniz dibinə endirilməzdən əvvəl Alabamada zərərli kimyəvi maddələrdən, şüşə və plastik hissələrdən tamamilə təmizlənən gəmi 10,1 milyon dollarlıq layihə çərçivəsində dənizin 55 metr dərinliyinə endiriləcək. Bu addım həm dəniz canlıları üçün yeni və təbii yaşayış mühiti yaradacaq, həm də bölgəni dalğıclar və balıqçılar üçün cazibə mərkəzinə çevirəcək. Layihəyə paralel olaraq, quruda 1 milyon dollarlıq muzeyin tikilməsi də nəzərdə tutulub.
No Comment! Be the first one.