Paraqvay Prezidenti istefa verdi
Paraqvay Prezidenti Santyaqo Penya ölkənin ən böyük banklarından biri olan “Ueno Bank”ın çökməsi nəticəsində yaranan dərin böhran fonunda vəzifəsindən istefa verdiyini açıqlayıb.
hadiseler.info xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İstefa qərarı ilə bağlı açıqlama verən Penya xalqa müraciət edib: “Əgər hər hansı bir məqamda xalqın gözləntilərini doğrultma bilməmişəmsə, onlardan üzr istəyirəm. Mənə göstərdiyiniz etimada xəyanət etmək heç vaxt niyyətim olmayıb”, – deyə bildirərək bunun həyatında verdiyi ən çətin qərarlardan biri olduğunu vurğulayıb.
Qeyd edək ki, Paraqvay Mərkəzi Bankı həmin həftə “Ueno Bank” üçün məcburi tənzimləmə (sağlamlaşdırma) prosesinə başlamaq qərarına gəlib. Bu böhran ölkədəki yetkin əhalinin təxminən 63%-ni – təxminən 2,94 milyon müştərini əhatə edərək ciddi narazılıq doğurub.
No Comment! Be the first one.