Zelenski Trampın həyat yoldaşını təltif etdi
Ukrayna Prezidenti Volodimir Zelenskinin adından ABŞ Prezidenti Donald Trampın həyatqoldaşı Melaniya Trampa dövlət mükafatı təqdim olunub.
hadiseler.info xəbər verir ki, Ağ Ev tərəfindən yayımlanan görüşdə Ukraynanın ombudsmanı Dmitro Lubinets mükafatı Melaniya Trampa təqdim edib.
Amerika liderinin xanımı birinci dərəcəli “Şahzadə Olqa” ordeni ilə təltif olunub. Mükafatı təqdim edən Lubinets ona müraciət edərək: “Xahiş edirəm, fəaliyyətinizi davam etdirin və insanlara dəstək olun”, – deyə bildirib.
No Comment! Be the first one.