Tramp kabinetində kadr dəyişiklikləri edəcəyini açıqladı
ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının Konqres seçkilərindəki məğlubiyyətindən sonra kabinetində bəzi dəyişikliklər etməyi planlaşdırdığını bəyan edib.
hadiseler.info xəbər verir ki, dövlət başçısı “CBS News” telekanalının “60 Dəqiqə” verilişinə müsahibəsində 3 noyabr seçkilərinin nəticələrini qiymətləndirib.
Kabinet üzvlərindən kimsəni vəzifədən uzaqlaşdırmağı planlaşdırıb-planlaşdırmadığı ilə bağlı sualı cavablandıran Tramp bildirib: “Bəli, planlaşdırıram. Bir az. Kabinetimdən çox məmnunam, düşünürəm ki, hamısı yaxşı insanlardır. Amma yəqin ki, bir neçə dəyişiklik edəcəyəm!”.
Qeyd edək ki, ABŞ liderinin bu açıqlaması Stiven Millerin Suzi Uaylsın yerinə Ağ Evin Aparat Rəhbəri təyin olunmasından dərhal sonraya təsadüf edib.
No Comment! Be the first one.