Pakistanlı kosmonavt ilk dəfə Çinin orbital stansiyasına yola düşəcək
hadiseler.info xəbər verir ki, Pakistanlı kosmonavt 2026-cı ildə “Şençjou-24” missiyasının tərkibində Çin kosmik stansiyasına yola düşən ilk əcnəbi olacaq.
Çinin Pilot Kosmik Uçuşları Proqramı İdarəsinə istinadən məlumat yayıb.
O, missiyada faydalı yük üzrə mütəxəssis qismində iştirak edəcək. Uçuş “Bir kəmər, bir yol” təşəbbüsü üzrə ikitərəfli əməkdaşlıq çərçivəsində baş tutacaq.
Kosmonavtun adı hələ ki, açıqlanmır. Sentyabr ayında Pakistan kosmik agentliyinin nümayəndəsi bildirib ki, pilotlar Zişan Əli və Xürrəm Daud bir neçə ay Pekində uçuşa hazırlıq keçiblər.
No Comment! Be the first one.