Premyer Liqa oyununda 9 Noyabra həsr olunan aksiya təşkil edilib
hadiseler.info xəbər verir ki, Misli Premyer Liqasının XI turu çərçivəsində keçirilən “Zirə” – “Qəbələ” oyununda 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş aksiya təşkil edilib.
Bu barədə AFFA-nın mətbuat xidmətindən bildirilib.
Qurumun Sosial və Ətraf Mühit Dayanqlılığı şöbəsinin təşkilatçılığı, “Zirə” və “Qəbələ” futbol klublarının dəstəyi ilə keçirilən aksiya çərçivəsində 3 saylı uşaq tərbiyə müəssisəsinin uşaqları meydana çıxarkən futbolçuları müşayiət ediblər. Uşaqlar meydana əllərində Azərbaycan bayrağı və üçrəngli bayrağımızın rənglərini əks etdirən formalarla çıxıblar.
Aksiya çərçivəsində klubların rəhbərlikləri tərəfindən uşaqlara hədiyyələr təqdim olunub.
Təşəbbüsün əsas məqsədi uşaqlara diqqət və qayğı göstərmək, həmçinin onlarda milli dəyərlərə və dövlət rəmzlərimizə hörmət və sevgi hissini gücləndirməkdir.


No Comment! Be the first one.