Premyer Liqa: “Turan Tovuz” səfərdə “Qarabağ”a qalib gəlib
hadiseler.info xəbər verir ki, Misli Premyer Liqasının XI turunda “Qarabağ” evdə “Turan Tovuz”la qarşılaşıb.
“Azərsun Arena”da baş tutan oyunda Tovuz klubu 1:0 hesablı qələbə qazanab.
Qolu 80-ci dəqiqədə Roderik Miller vurub.
“Turan Tovuz” bu qələbə ilə xallarının sayını 21-ə çatdırıb və turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Qarabağ” isə 19 xalla dördüncü sıraya geriləyib.
Qeyd edək ki, “Zəfər turu”na noyabrın 8-də yekun vurulacaq.
No Comment! Be the first one.