Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar.
hadiseler.info ABŞ Dövlət Departamentinə istinadən yaydığı məlumata görө, bu barədə noyabrın 6-da üç ölkənin hökumətləri tərəfindən birgə bəyanat yayılib.
Bəyanata əsasən, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov TRIPP layihəsinin irəlilədilməsi üçün üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə start veriblər.
“Bu forum üç ölkənin siyasi qərar qəbul edən rəsmilərini və texniki mütəxəssislərini bir araya gətirərək, regionda uzunmüddətli sabitliyin təmin olunması, iqtisadi fəallığın artırılması, regional bağlantıların inkişafı və ticarət rifahının yüksəldilməsi istiqamətində birgə fəaliyyətə şərait yaradır”, – deyə bəyanatda bildirilir. Həmçinin vurğulanıb ki, bu əməkdaşlıq Prezident Donald Trampın vasitəçiliyi ilə 2025-ci il avqustun 8-də qəbul edilmiş tarixi Sülh Sammiti Bəyannaməsinin əhəmiyyətini bir daha nümayiş etdirir.
İlkin mərhələdə nəqliyyat və elektrik enerjisinin ötürülməsi istiqamətləri üzrə iki texniki planlaşdırma qrupunun yaradılması razılaşdırılıb. Bu qruplar mürəkkəb texniki məsələlərin həllinə, layihənin icrasının növbəti mərhələlərinə keçidinə və marşrutun digər regional infrastruktur şəbəkələri ilə əlaqələndirilməsinə xidmət edəcək. Tərəflər TRIPP layihəsinin bütün komponentlərinin mümkün qədər qısa müddətdə həyata keçirilməsinə sadiqliklərini bir daha təsdiqləyiblər.
No Comment! Be the first one.