İsrail atəşkəsə baxmayaraq Livanın cənubunu vurdu
İsrail ordusu, atəşkəs rejiminə və Romada davam edən 7-ci raund danışıqlara rəğmən Livanın cənubundakı Sur şəhərinə hava və artilleriya zərbələri endirib.
Hadisələr.info xəbər verir ki, Livan və İsrail arasında ABŞ-nin vasitəçiliyi ilə Romada keçirilən danışıqların ikinci günündə də hərbi gərginlik səngiməyib.
Livanın NNA rəsmi agentliyinin yaydığı məlumata görə, İsrail hərbi təyyarələri Sur rayonunun Mənsuri qəsəbəsi ətrafına 2 hava zərbəsi endirib. Eyni zamanda, İsrail artilleriyası Məcdəl Zun qəsəbəsinin ətraf ərazilərini atəşə tutub.
Bundan əlavə, İsrail ordusu Nəbatiyyə vilayətinin Kəfərtəbnit qəsəbəsində güclü partlayış törədib. Agentlik bildirir ki, qarşı tərəf Kəfərrumman yüksəkliklərinə işıqlandırıcı raketlər ataraq ərazidə yanğın çıxarmağa cəhd edib.
Qeyd edək ki, Livan və İsrail arasında Romada start götürən 7-ci raund danışıqların 3 gün davam etməsi nəzərdə tutulub. İsrail ordusunun mütəmadi hücumları nəticəsində ölkədə didərgin düşənlərin sayı 1 milyonu keçib. Livan Səhiyyə Nazirliyinin son məlumatına görə, baş verən hücumlar fonunda 4 mindən çox insan həyatını itirib.
No Comment! Be the first one.