“River Pleyt”dən rekord transfer: Tyaqo Almada Argentina klubunda
Argentina millisinin yarımmüdafiəçisi və 2022-ci il dünya çempionu Tyaqo Almada “Atletiko Madrid”dən “River Pleyt”ə keçib. Bu barədə Argentina klubunun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı futbolçu ilə 3 il yarımlıq müqavilə imzalanıb. Mətbuatda yer alan məlumatlara görə, “River Pleyt” bu transfer üçün 20 milyon avro ödəyəcək. Bu məbləğ rəsmən təsdiqlənərsə, Argentina çempionatı tarixinin ən bahalı transferi kimi rekorda imza atacaq. Razılaşmaya əsasən, “Atletiko Madrid” 2027-ci ilin dekabrına qədər futbolçunu 40 milyon avro qarşılığında geri almaq hüququnu özündə saxlayır.
Almada 2025-ci ilin yayından “Atletiko Madrid”də çıxış edirdi. O, Madrid təmsilçisinin heyətində keçirdiyi tək mövsümdə bütün turnirlər daxil olmaqla 40 matçda meydana çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub.
No Comment! Be the first one.