Gənc cüdoçumuz Avropa Kubokunda medala sahib oldu
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən gənclər arasında cüdo üzrə Avropa Kubokunda ilk yarış günü başa çatıb. Tournamentin ilk günündə Azərbaycan yığmasının heyətindən bir cüdoçu fəxri kürsüyə qalxıb.
63 kq çəki dərəcəsində mübarizə aparan Nilgün Rzayeva təsəlliverici görüşlərdə uğurla çıxış edərək üçüncülük matçına vəsiqə qazanıb. O, həlledici qarşılaşmada Rumıniya təmsilçisi Maya Adamaçiyə üstün gələrək turnirin bürünc medalına sahib olub.
Yarışın ikinci günündə Azərbaycan milli komandasının daha 10 idmançısı tatamiyə çıxaraq medal uğrunda mübarizə aparacaq.

No Comment! Be the first one.