Azərbaycan XİN Kolumbiyadakı zəlzələ ilə bağlı başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kolumbiyada baş vermiş güclü zəlzələ ilə bağlı bu ölkəyə başsağlığı ünvanlayıb.
hadiseler.info xəbər verir ki, bu barədə nazirlik “X” sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda zəlzələ nəticəsində insanların həlak olmasının Azərbaycan tərəfini dərindən kədərləndirdiyi bildirilib. XİN həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verib, yaralananlara isə şəfa diləyib.
No Comment! Be the first one.