Kolumbiyada dəhşətli zəlzələ: 132 ölü, 700-dən çox yaralı var
Kolumbiyada baş verən 7,4 maqnitudalı güclü zəlzələ nəticəsində həlak olanların sayı 132-yə çatıb.
hadiseler.info Kolumbiya Paytaxtları Assosiasiyasının (Asocapitales) açıqlamasına istinadən xəbər verir ki, təbii fəlakət zamanı 700-dən çox insan yaralanıb. 188 nəfər isə itkin düşmüş hesab olunur.
Təhlükəsizlik səbəbi ilə bir neçə şəhərdə qırmızı həyəcan siqnalı və komendant saatı tətbiq edilib. Ən çox tələfat Pereira şəhərində qeydə alınıb. Burada 60 nəfər həyatını itirib. Pereira, Kali, Kibdo və Manisales şəhərlərində axtarış-xilasetmə işləri fasiləsiz davam edir.
Ölkənin üçüncü ən böyük şəhəri olan Kalidə yollar dağılıb və 10 xəstəxana sıradan çıxıb. Boqota və Medellindən bölgəyə əlavə xilasetmə qrupları göndərilib. Bir çox ərazilərdə su, elektrik enerjisi və rabitə kəsilib.
No Comment! Be the first one.