“Sabah” üçün həlledici matç: “Orhus” Bakıda qonaq olur
Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilir.
hadiseler.info xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” da bu gün meydana çıxacaq.
Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda doğma meydanda Danimarkanın “Orhus” klubunu qəbul edəcək. Səfərdə baş tutan ilk qarşılaşmada Danimarka təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
Saat 20:00-da başlayacaq matçı Fransadan olan hakimlər briqadası idarə edəcək.
Bu cütün qalibi pley-off mərhələsində “Srvena Zvezda” – “Hapoel” (Ber-Şeva) cütünün güclüsü ilə qarşılaşacaq. Məğlub olan tərəf isə mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
20:00. “Sabah” (Azərbaycan) – “Orhus” (Danimarka)
İlk oyun: 1:2
Baş hakim: Villi Delajo (Fransa)
Stadion: “Bank Respublika Arena”
No Comment! Be the first one.