Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoyub – FOTOLAR
Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak ediblər.
hadiseler.info xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına və birinci xanıma sənaye parkı barədə ətraflı məlumat verib.
Bildirilib ki, sənaye parkı dövlət başçısının 2024-cü ildə imzaladığı Fərmanla yaradılıb. Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda yerləşən park 310 hektar ərazini əhatə edəcək. Layihə çərçivəsində ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, daxili və xarici infrastrukturun (elektrik, qaz, su, nəqliyyat, rabitə və s.) qurulması nəzərdə tutulur. Artıq potensial sahibkarların cəlb olunması istiqamətində danışıqlar aparılır.
Qeyd edilib ki, hazırda ölkəmizdə 8 sənaye parkı fəaliyyət göstərir və Qərb Sənaye Parkının yaradılması istiqamətində də işlər aparılır. İndiyədək sənaye parklarına rezidentlər tərəfindən 7,1 milyard manatdan çox investisiya yatırılıb və 11 min 500-dən çox iş yeri yaradılıb. 2026-cı il iyulun 1-i vəziyyətinə bu parklarda 21,4 milyard manatlıq məhsul istehsal olunub ki, bunun da 6,7 milyard manatlığı ixrac edilib.




No Comment! Be the first one.