FHN-dən acı statistika: Qeyri-çimərlik ərazilərdə 50 nəfərin meyiti çıxarıldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən cari ilin keçən dövrü ərzində suda boğulma təhlükəsi ilə üzləşən 65 nəfər xilas edilib. Bunlardan 59 nəfəri çimərlik mövsümü ərzində xilas olunanlardır.
hadiseler.info APA-ya istinadən xəbər verir ki, FHN-in xidməti nəzarətində olan rəsmi çimərlik ərazilərində ölümlə nəticələnən hər hansı sudabatma hadisəsi qeydə alınmayıb.
Buna baxmayaraq, nəzarət olunmayan qeyri-çimərlik ərazilərində batan ümumilikdə 50 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
No Comment! Be the first one.