Dənizdə batan gənc tanınmış “Krosna” qrupunun solisti çıxdı
Xəzər dənizində faciləli şəkildə batan gəncin şəxsiyyəti bəlli olub. Məlum olub ki, dünyasını dəyişən şəxs məşhur “Krosna” qrupunun solistidir.
hadiseler.info xəbər verir ki, qrupun solisti Seymur Allahverdiyev dənizdə suda boğularaq həyatını itirib. Bu barədə qrupla əməkdaşlıq edən tanınmış bloqer Ləman Rüstəmi sosial media hesabında paylaşım edib.
Məlumat üçün bildiriək ki, ötən gün Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində, xilasetmə məntəqəsindən 2 kilometr aralıda – nəzarətsiz çimərlik sahəsində dənizdə bir nəfərin meyiti aşkar olunub.
Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılan meyitin 1996-cı il təvəllüdlü sənətçi Seymur Allahverdiyevə ait olduğu müəyyən edilib və aidiyyəti üzrə təhvil verilib.

No Comment! Be the first one.