Bali yaxınlığında dəhşətli anlar: 130 nəfərin olduğu bərə yandı-FOTOLAR
İndoneziyanın məşhur Bali adası yaxınlığında göyərtəsində 130 nəfərə yaxın insanın olduğu sərnişin bərəsində güclü yanğın baş verib.
hadiseler.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Hadisə gəmi Lombok adası istiqamətində üzərkən açıq dənizdə qeydə alınıb. Məlumata görə, bərədə 114 sərnişin və 17 heyət üzvü olub. Yanğın siqnalından dərhal sonra əraziyə 200-dən çox xilasedici cəlb olunub və sərnişinlərin təcili təxliyəsinə başlanılıb.
Alovun hansı səbəbdən yaranması hələlik bəlli deyil. Hadisə ilə bağlı genişmiqyaslı araşdırma aparılır.


No Comment! Be the first one.