Ağ Evin təmirinə 900 milyon dollardan çox xərclənə bilər
Tramp administrasiyası Ağ Ev ərazisində genişmiqyaslı tikinti layihələri həyata keçirməyi planlaşdırır.
hadiseler.info xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb. Layihələrin ümumi dəyərinin ən azı 927 milyon dollar olacağı və xərclərin əsas hissəsinin vergi ödəyicilərinin hesabına qarşılanacağı bildirilir.
Planlaşdırılan işlərə Şərq Qanadında bal zalının, vertolyot meydançasının və təhlükəsizlik mərkəzinin tikintisi daxildir. Layihənin digər departamentlərin vəsaitləri və özəl ianələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
No Comment! Be the first one.