Xocavənddə mina partlayışı: Yaralananlar var – RƏSMİ
İşğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində mina partlayışı baş verib.
hadiseler.info xəbər verir ki, bu barədə DİN, Baş Prokurorluq və ANAMA birgə məlumat yayıb. Qazax rayon sakini Elçin Abbasovun idarə etdiyi buldozer minalardan təmizlənməmiş ərazidə minaya düşüb. Hadisə zamanı Tovuz rayon sakinləri — Sənan Fərəcov və Fuad Əhmədov xəsarət alıblar.
Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araştırma aparılır. Qurumlar bir daha vətəndaşları təhlükəsizlik qaydalarına əməl etməyə çağırır.
No Comment! Be the first one.