Sabah rayonlara yağış yağacaq, dolu düşəcək – HAVA PROQNOZU
Milli Hidrometeorologiya Xidməti avqustun 14-nə olan hava proqnozunu açıqlayıb.
hadiseler.info xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26°, gündüz 31-36° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Xüsusilə dağlıq və dağətəyi rayonlarda yağıntıların qısamüddətli leysan xarakterli və intensiv olacağı gözlənilir. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gündüz aranda 32-36°, dağlarda 20-25° isti olacaq.
No Comment! Be the first one.