Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə 20 vaqon buğda göndərildi
Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti yük tədarükü həyata keçirilib.
hadiseler.info xəbər verir ki, ümumi çəkisi 1400 ton olan 20 vaqondan ibarət buğda karvanı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzitlə 39 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 min ton taxta nəql olunub.
Eyni zamanda, bu dövr ərzində Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, həmçinin 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac edilib.
No Comment! Be the first one.