Mədəniyyət sarayları əsaslı təmir olunacaq
Naxçıvan Muxtar Respublikasında tarixi-mədəni irsin qorunması və mədəniyyət müəssisələrinin inkişafı istiqamətində yeni genişmiqyaslı layihələrin icrasına başlanılır.
hadiseler.info xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən abidələrin mühafizəsinin gücləndirilməsi və mədəniyyət müəssisələrinin maddi-texniki bazasının müasirləşdirilməsi məqsədilə kompleks tədbirlər planı hazırlanıb.
Planlaşdırılan layihələr çərçivəsində Babək, Culfa və Ordubad rayonlarında fəaliyyət göstərən mədəniyyət saraylarında əsaslı təmir və bərpa işləri aparılacaq. Hazırda layihələrin icrası ilə bağlı hazırlıq prosesi davam edir və layihə-smeta sənədlərinin hazırlanması üçün müvafiq şirkətlərlə rəsmi müqavilələr bağlanılıb.
Bununla yanaşı, tarixi-mədəni irs nümunələrinin mühafizə zonalarının müəyyənləşdirilməsi, habelə abidələrin daha geniş tanıdılması məqsədilə onların ərazilərində xüsusi məlumat lövhələrinin quraşdırılması da nəzərdə tutulub.
No Comment! Be the first one.