Rusiyanın Sumıya dron hücumu:Ölənlər var
Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisini hədəf almaqda və mülki infrastruktura zərbələr endirməkdə davam edir.
hadiseler.info xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya ordusunun Ukraynanın Sumı vilayətinin Burın icmasına iki reaktiv zərbə PUA-sı ilə fərdi yaşayış evinə endirdiyi zərbə nəticəsində ağır faciə baş verib.
Sumı vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Qriqorovun verdiyi məlumata görə, hücum səhər saatlarında qeydə alınıb. Hücum nəticəsində fərdi yaşayış evi ciddi şəkildə dağılıb və güclü yanğın baş verib. Faciə nəticəsində 29 yaşlı qadın və onun 9 yaşlı oğlu hadisə yerindəcə həyatını itirib.
Qeyd olunub ki, hadisə zamanı daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar dərhal xəstəxanaya təxliyə ediliblər.
No Comment! Be the first one.