Yük maşınından aşan alçıpanlar park edilmiş avtomobili əzdi – VİDEO
Bakı mərkəzində yük avtomobili sürücüsünün dikkətsizliyi park halındakı minik maşınına ciddi ziyan vurması ilə nəticələnib.
hadiseler.info “Oxu”ya istinadən xəbər verir ki, hadisə paytaxtın Şamil Əzizbəyov və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.
Sağa manevr edən yük maşınının sürücüsü kəskin dönmə əməliyyatı apararkən ehtiyatsızlıq edib. Nəticədə maşının yük yerində olan ağır alçıpan lövhələri kənarda park edilmiş “Hyundai” markalı minik avtomobilinin üzərinə aşıb.
Hadisə anı ərazidəki təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Qəza zamanı minik maşınına ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.
No Comment! Be the first one.