İmişlidə dəhşətli yol qəzası: Avtomobil yoldan çıxdı, ölən var
İmişli rayonunda bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Xubyarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumatlara görə, Tural Xəlilovun idarə etdiyi “VAZ” markalı avtomobil başqa bir minik maşını ilə toqquşub. Zarba nəticəsində idarəetmədən çıxan nəqliyyat vasitəsi yoldan kənara aşıb.
Qəza zamanı sürücü Tural Xəlilov müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılsa da, avtomobildə olan sərnişin aldığı xəsarətlərdən hadisə yerindəcə həyatını itirib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.