ABŞ bazasını bombalayan 3 iranlı pilot əsir götürülüb
İran Silahlı Qüvvələri mart ayında Qətərdəki ABŞ bazasını bombardman edən 3 iranlı pilotun sağ olaraq Qətər qüvvələri tərəfindən əsir götürüldüyünü açıqlayıb.
hadiseler.info xəbər verir ki, İran Silahlı Qüvvələri Baş Qərargahının İtkinlərin Axtarışı Komitəsinin rəhbəri, general Məhəmməd Baqerzadə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Marianna Spolyarikə məktub göndərərək məsələyə müdaxilə etməsini istəyib.
İran tərəfinin məlumatına görə, ABŞ və İsrailin hücumlarına cavab olaraq Körfəzdəki hədəflərə zərbə endirən pilotlar 6 aydır Qətərdə saxlanılır. General Baqerzadə Qətərin Cenevrə Konvensiyasının tələblərini pozduğunu bildirərək BQXK-dan pilotlarla təcili görüş keçirilməsini, onların səhhətinin yoxlanılmasını və azad edilməsi üçün şərait yaradılmasını tələb edib.
Qeyd edək ki, hərbi əməliyyatların başladığı dövrdə İran Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd “Su-24” bombardmançı təyyarəsi Şiraz aviabazasından havaya qalxaraq Qətərdə yerləşən “Əl-Üdeyd” ABŞ aviabazasını bombalamışdı. Pilotlardan birinin nəşinin artıq İrana təhvil verildiyi bildirilir.
No Comment! Be the first one.