Sabah Cəlilabadda 12 yaşayış məntəqəsi qazsız qalacaq
Cəlilabad rayonunun bəzi yaşayış məntəqələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
hadiseler.info xəbər verir ki, qaz kəsintisi payız-qış mövsümünə hazırlıq çərçivəsində aparılan təmir-bərpa işləri ilə əlaqədardır.
Məlumata əsasən, səhər saatlarından etibarən işlər yekunlaşanadək Cəlilabad şəhərinin Cavadxan, Əhməd Cavad, Səttərxan-3 və Nəsirəddin Tusi küçələrinin, həmçinin Abdullu, Fərzili, Zopun, Suluçeşmə, Astanlı, Əliabad, Məşədivəlli, Sərhədabad, Çünəxanlı, Cəfərli və Həsənli kəndlərinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.
Təmir işləri başa çatdıqdan sonra mavi yanacağın veriləcəyi bildirilib. Qazın bərpası zamanı abunəçilərdən təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.
No Comment! Be the first one.