Çin aşağı Yer orbitinə yeni internet peyklərini uğurla göndərib
Çin aşağı Yer orbitində internet şəbəkəsini genişləndirmək məqsədilə növbəti peyk qrupunu uğurla kosmosa göndərib.
hadiseler.info xəbər verir ki, peyklər Çinin cənubundakı Haynan adasında yerləşən Kommersiya Kosmik Buraxılış Mərkəzindən “Long March-12” daşıyıcı raketi vasitəsilə orbitə çıxarılıb.
Məlumata əsasən, raketin buraxılışı uğurla həyata keçirilib və peyklər əvvəlcədən müəyyən edilmiş orbitlərə yerləşdirilib. Bu, Çinin aşağı orbitli internet peykləri çərçivəsində həyata keçirdiyi 24-cü peyk qrupu missiyası olaraq qeydə alınıb.
No Comment! Be the first one.