Prezident İlham Əliyevə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi – Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb.
hadiseler.info bildirir ki, bu barədə dövlət başçısı sosial şəbəkə hesabında paylaşım edib. Mətndə deyilir:
“Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşdüm.
20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, Azərbaycan-Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq.
Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri tərəfindən mənə “İrpin şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edilib”.


No Comment! Be the first one.