BMT-dən Yəmən xəbərdarlığı: Vətəndaş müharibəsi kəskinləşə bilər
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türk Yəməndə hərbi toqquşmaların yenidən intensivləşməsi və mülki əhali arasında tələfatın kəskin artmasından ciddi narahatlığını ifadə edib.
hadiseler.info “Euronews” telekanalına istinadən xəbər verir ki, BMT rəsmisi regionu təhdid edən genişmiqyaslı müharibə riskinin qarşısını almaq üçün beynəlxalq birliyi və tərəfləri təcili addımlar atmağa çağırıb.
Folker Türkün sözlərinə görə, İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanının müdafiə etdiyi rəsmi hökumətlə 2022-ci ildə əldə olunmuş atəşkəs razılaşmasını pozaraq hökumətin nəzarətindəki ərazilərə zərbələri artırıblar. Nəticədə Yəmən Yaxın Şərqdə genişlənən hərbi qarşıdurmanın tərkib hissəsinə çevrilib və bu zorakılıq dalğası ölkəni yenidən xaos və dağıdıcı vətəndaş müharibəsinə sürükləyə bilər.
BMT Ali Komissarı illərdir humanitar böhran və məcburi köçgünlüklə üz-üzə qalan Yəmən xalqının yeni əzablar çəkməməsi üçün bütün hərbi əməliyyatların dərhal dayandırılmasının vacibliyini xüsusi vurğulayıb.
No Comment! Be the first one.