Azərbaycanın beynəlxalq axtarışa verdiyi jurnalistlər
Azərbaycan Respublikasının Baş Prokurorluğu ölkənin konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı çağırışlar edən, etnik nifrəti və terrorçuluğu təbliğ edən rusiyalı jurnalist və media nümayəndələrini İNTERPOL xətti ilə beynəlxalq axtarışa verib.
hadiseler.info xəbər verir ki, barələrində qiyabi həbs qətimkan tədbiri seçilən həmin şəxslərin dosyesi aşağıdakı kimidir:
Semyon Uralov (Media eksperti və bloqer): Postsovet məkanı üzrə ixtisaslaşmış siyasi proqnozçu və müxtəlif media layihələrinin müəllifidir. “YouTube” platformasında yayımlanan “Чистота понимания” verilişi və şəxsi kanalı vasitəsilə anti-Azərbaycan təbliğatı aparmaqda, etnik nifrət və düşmənçilik salmaqda, eləcə də dövlət əleyhinə təxribatçı çağırışlar etməkdə ittiham olunur.
İvan Knyazev (“Moskva 24” telekanalının aparıcısı): Rusiya mərkəzi televiziyalarında xəbər və siyasi tok-şouların aparıcısı kimi fəaliyyət göstərir. Efir imkanlarından istifadə edərək Azərbaycan dövlətinə qarşı güc tətbiq olunması, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması istiqamətində açıq bəyanatlar verib.
Qeyd edək ki, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlət əleyhinə açıq çağırışlar) və 283.2.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələri ilə cinayət işi açılıb.

No Comment! Be the first one.