Binəqədidə istifadə olunmayan tikilidə yanğın baş verdi
Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən və istifadə olunmayan tikililərdən birində yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumata görə, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Ərazidə olan FHN əməkdaşları tərəfindən yanğının məhdudlaşdırılması və tam söndürülməsi istiqamətində əməliyyat-axtarış və söndürmə tədbirləri davam etdirilir.
No Comment! Be the first one.