“Gənclik Mall”da həyəcanlı anlar: İnsanlar təxliyə olundu
Paytaxtın Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində yerləşən “Gənclik Mall” ticarət mərkəzində qəfil təhlükəsizlik siqnalı işə düşüb.
hadiseler.info xəbər verir ki, həyəcan siqnalının ardından bina daxilindəki müştərilərin və işçilərin təxliyəsinə başlanılıb. Proses barədə əvvəlcədən xəbərdarlıq edilmədiyi üçün bina sakinləri və ziyarətçilər arasında qısa müddətli ajiotaj yaşanıb.
Binadan kənara çıxarılan vətəndaşlar sonradan prosesin təlim xarakteri daşıdığını öyrəniblər. Hadisə zamanı hər hansı real təhlükənin olub-olmadığı və təlimin dəqiq səbəbi barədə rəsmi açıqlama verilməyib.
No Comment! Be the first one.