Son 6 ayda ölkədə qəzalarda 285 nəfər həlak olub
Dövlət Statistika Komitəsi ilin birinci yarısına dair yol qəzalarının statistikasını açıqlayıb.
hadiseler.info xəbər verir ki, yanvar-iyun ayları ərzində ölkə yollarında 533 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6% azdır.
Qəzalar nəticəsində 689 nəfər xəsarət alıb — bunlardan 285-i həyatını itirib, 404-ü isə yaralanıb. Bildirilir ki, hadisələrin yarıya yaxını (44,3%-i) gecə saatlarında, 34,3%-i isə istirahət günlərində baş verib.
No Comment! Be the first one.