Altayda faciəvi ayı hücumundan sonra 5 ayı zərərsizləşdirildi
Rusiyanın Altay Respublikasında turistin ayı tərəfindən parçalanmasından sonra bölgədə xüsusi təhlükəsizlik rejiminə keçilib.
hadiseler.info xəbər verir ki, Turaçaq rayonunda ötən sutka ərzində ovçular kəndlərə yaxınlaşan 5 ayını güllələyiblər.
Faciəvi hadisədən sonra regionda saat 20:00-dan 10:00-a qədər komendant saatı tətbiq olunub. Gecə saatlarında polis və ovçulardan ibarət patrul qrupları əraziyə nəzarət edir.
Xatırladaq ki, avqustun 19-a keçən gecə Artıbaş kəndindəki turist bazasında ayı çadırda yatan 29 yaşlı Snejana adlı qadını meşəyə sürüyərək parçalayıb.
No Comment! Be the first one.